logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 319 min nəfəri ötüb

16:17 18-09-2021 | icon 2940
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 319 min nəfəri ötüb

Sentyabrın 18-də Azərbaycanda 61 min 657 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 min 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 431 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 925 min 249, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 605 min 958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 319 min 291 nəfər təşkil edir.