logo

Bu gün Topaz Premyer Liqasının sonuncu turuna start veriləcək

14:27 20-05-2018 | icon 2961
Bu gün Topaz Premyer Liqasının sonuncu turuna start veriləcək

Mayın 20-də Topaz Premyer Liqasının sonuncu XXVIII turuna start veriləcək.

YeniAvropa xəbər verir  ki, turun ilk günündə üç oyun baş tutacaq. Turnir cədvəlində hər şey məlum olsa da üç komandaların qarşılaşması diqqət mərkəzində olacaq. Belə ki, avrokuboklara düşmək ümidini itirməyən “Neftçi”, “Zirə” və “Sumqayit” klublarının oyunları böyük maraqla gözlənilir. “Kapital Bank” stadionunda “Sumqayit” “Zirə” klubunu qəbul edəcək. “Neftçi” isə Gəncə şəhər stadionunda “Kəpəzin” qonaqı olacaq. Digər qarşılaşma isə “Bayıl Arena”da baş tutacaq. “Səbail” “Keşlə” ilə üz üzə qələcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə 17:15-də başlayacaq.

Qeyd edək ki, tura “Qəbələ” “Qarabağ” oyunu ilə yekun vurulacaq. Bu qarşlaşmadan sonra mükafatlandırma mərasimi olacaq.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 43 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (41 xal), “Sumqayıt” 40 (xal), “Keşlə” (28), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.