logo

"Qalatasaray" 21-ci dəfə Türkiyə çempionu olub

22:51 19-05-2018 | icon 2891
"Qalatasaray" 21-ci dəfə Türkiyə çempionu olub

 "Qalatasaray" klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda "Göztəpə" üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub.

YeniAvropa xəbər verir  ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.

"Qalatasaray" 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində "Fənərbağça" və "İstanbul Başakşehir"i 3 xal qabaqlayıb.

Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb.

"Fənərbaxça"nın 19, "Beşiktaş"ın isə 15 titulu var.