Qadın voleybolçulardan ibarət milli komandalar arasında Qızıl Avropa Liqasının ilk turunun hakimləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, mayın 19-da Bakıda Ukrayna millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının oyununu yunanıstanlı Epaminondas Gerothodoros idarə edəcək. İkinci hakim funksiyasını həmyerlimiz Eldar Əliyev yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan Voleybol Mərkəzində keçiriləcək görüş saat 18:00-da başlayacaq.