logo

ABŞ-da futbol klubu 2,3 milyard dollara satılıb

13:17 17-05-2018 | icon 7672
ABŞ-da futbol klubu 2,3 milyard dollara satılıb

Amerika Futbol Liqasında (NFL) çıxış edən “Carolina Panthers” komandası təxminən 2,3 milyard dollara satılaraq liqa tarixinin satış rekordunu yeniləyib.YeniAvropa "Anadolu" informasiya agentliyinə istinadla xəbər verir ki, klubun rəsmi saytında yerləşdirilən məlumatda komandanın qurucusu və sahibi Jerry Richardsonun “Carolina Panthers”i amerikalı milyarder David Tepperə satmaq üçün müqavilə imzaladığı bildirilir.

NFL-də sonuncu dəfə 2014-cü ildə “Buffalo Bills” klubu 1,4 milyard dollara sahibini dəyişmişdi.

Digər rekordlar da var. Ötən il Amerika Basketbol Liqasının (NBA) “Houston Rockets” komandası 2,2 milyard dollara, “Brooklyn Nets” komandasının isə yüzdə 49 hissəsi 2,3 milyard dollara satılmışdı.

Qeyd edək ki, “Forbes” jurnalının “dünyanın ən varlı insanları” siyahısında 130-cu yerdə qərarlaşan Tepperin sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir. Onun, həmçinin NFL-də yer alan “Pittsburgh Steelers” klubunda da payı var.