logo

"Tokio-2020": Azərbaycan karateçilərinin rəqibləri bəlli oldu

12:21 04-08-2021 | icon 1995
"Tokio-2020": Azərbaycan karateçilərinin rəqibləri bəlli oldu

Azərbaycan karateçilərinin "Tokio-2020" Yay Olimpiya Oyunlarında ilk rəqibləri bəlli olub.

 YeniAvropa xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Firdovsi Fərzəliyevin A qrupundakı rəqibləri Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) olacaq. O, avqustun 6-da yarışacaq. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da özünə təmin edəcək.

75 kq çəki dərəcəsində B qrupunda mübarizə aparan Rafael Ağayevin  rəqibləri Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanov (Qazaxıstan) olacaq.  Rafael Ağayev avqustun 7-də mübarizəyə qoşulacaq. 

Azərbaycanın daha bir karateçisi -61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan İrina Zaretskanın ilk rəqibləri isə Məltəm Hocaoöku (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) olacaq.

O da avqustun 7-də yarışda çıxış edəcək.