logo

Tokio-2020: Azərbaycanın 44 idmançısından 31-i mübarizəni dayandırıb-3 bürünc medalımız var

10:10 04-08-2021 | icon 2219
Tokio-2020: Azərbaycanın 44 idmançısından 31-i mübarizəni dayandırıb-3 bürünc medalımız var

"Tokio-2020" Yay Olimpiya Oyunlarında ötən gün Azərbaycanın daha 4 idmançısı mübarizəyə qoşulub.

 YeniAvropa xəbər verir ki, onlardan yalnız biri -yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medala sahib ola bilib. Digər yunan-Roma güləşçimiz  İslam Abbasov (87 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olimpiadanı medalsız bitirib. Qapalı məkanda üç təkanla tullanma növündə Avropa çempionu Nazim Babayevin çıxışı da uğursuz olub. O, final mərhələsinə yüksələ bilməyib. 

Beləliklə, olimpiadada mübarizəni dayandıran Azərbaycan idmançılarının sayı 31-ə çatıb. Onlardan yalnız üçü Azərbaycan komandasının hesabına medal yazdıra bilib. 

Medal qazananlar

Cüdo: İrina Kindzerska (+78 kq) (bürünc)

Boks: Alfonso Dominges (81 kq) (bürünc)

yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) (bürünc)

Medal qazana bilməyənlər

Cüdo: Aişə Qurbanlı (48 kq), Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) 

Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov

Çəkicatma: Anna Skidan

Güllə atma : Ruslan Lunyov

yunan-Roma güləşi: İslam Abbasov (87 kq)

qadın güləşi:  Elis Manolova (68 kq) 

 üç təkanla tullanma: Nazim Babayev

Xatırladaq ki, Azərbaycan "Tokio-2020" Yay Olimpiya Oyunlarında 44 idmançı ilə təmsil olunur.

Bu gün daha bir idmançımız - qadın güləşçisi Elis Manolova (68 kq) xalça üzərinə çıxacaq. E.Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. O, dörddəbir finala yüksələrsə Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) görüşünün qalibi ilə görüşəcək.

Avqustun 8-dək davam edəcək yarışlarda daha 15 idmançımız yarışacaq. 

 

 

Qeyd edək ki, bu çəki dərəcəsində görüşlər avqustun 5-də Bakı vaxtı ilə saat 06:30-da start götürəcək. Daha əvvəl yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal qazanıb, İslam Abbasov (87 kq) və qadın güləşçi Elis Manolova (68 kq) olimpiadanı medalsız bitirib.