logo

"Yuventus" 34-cü dəfə İtaliya çempionu olub

15:37 14-05-2018 | icon 2870
"Yuventus" 34-cü dəfə İtaliya çempionu olub

“Yuventus” klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.

YeniAvropa xəbər verir  ki, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub. 37-ci turda səfərdə “Roma” ilə qolsuz heç-heçə edən “Qoca Sinyora” xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.

“Yuventus”un ən yaxın izləyicisi “Napoli” səfərdə “Sampdoriya”nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı məğlub edib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri qalıb.

Nəticədə “ağ-qaralar” son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran “Roma” isə bürünc medal qazanmaq şansını son tura saxlayıb.

UEFA Avropa Liqasına düşmək uğrunda mübarizə aparan "Milan" və "Atalanta" üz-üzə qəlib. Oyunda hesabı qonaqlar açıblar. Yanik Kesi fərqlənib - 1:0. Matçın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Masiello adını tabloya yazdırıb - 1:1. Beləliklə görüş 1:1 hesabı ilə başa çatıb.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Bonevento” – “Genoya” - 1:0, “İnter” – “Sasuolo” - 1:2, “Bolonya” – “Kievo” - 1:2 , “Fiorentino” – “Kalyari” - 0:1 , “Verona” – “Udineze” - 0:1, “Torino” – “Spal” - 2:1

Beləliklə 37 turdan sonra İtaliya A Seriyasının bitməsinə bir tur qalmış çempionluğunu təmin edən “Yuventus” 92 xalla turnir cədvəlinə başçılıq edir. “Napoli” 88 xalla ikinci, “Roma” 74 xalla üçüncü, “Lazio” isə 72 xalla dördüncü sırada qərarlaşıblar.

Qeyd edək ki, İtaliya çempionatının son turu mayın 19-da və 20-də keçiriləcək.