logo

Radik İsayev ikiqat Avropa çempionudur

21:47 13-05-2018 | icon 2835
Radik İsayev ikiqat Avropa çempionudur

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb. YeniAvropa xəbər verir  ki,  87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilmiş qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

Kazandakı Avropa çempionatında ondan əvvəl Milad Beigi Harçeqani (80 kq) və Patimat Abakarova (49 kq) bürünc medal qazanıblar.