logo

Sabah Bakının bir hissəsində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

13:43 12-05-2018 | icon 2947
Sabah Bakının bir hissəsində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu-2018” marafonunun keçirilməsi ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bakı şəhər Baş Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsindən YeniAvropa-ya bildiriblər ki, marafon iştirakçılarının təhlükəsiz və fasiləsiz hərəkətinin təşkili məqsədi ilə mayın 13-də saat 9:00-dan 15:00-dək Dövlət Bayraq Meydanından başlayaraq Azneft dairəsi istiqamətinə, Neftçilər prospekti, Yusif Səfərov, Qədirbəyov, Həsənoğlu küçələrində, eləcə də Xətai prospekti və Heydər Əliyev prospektinin ikinci yolu şəhər istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edilən ünvanlar üzrə hərəkət edən avtomobil sahibləri və sürücülərdən, tədbiri nəzərə alaraq, şəxsi avtomobillərdən az istifadə etmələri tövsiyə olunur.