logo

Qaradağda daş karxanasında 40 yaşlı fəhləni "tok" vurub öldürdü

11:25 08-07-2021 | icon 4452
Qaradağda daş karxanasında 40 yaşlı fəhləni "tok" vurub öldürdü

İyulun 7-də saat 16 radələrində Qaradağ rayonunda, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Qaradağ rayon Prokurorluğunun YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyevin “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman elektrik cərəyanının vurması nəticəsində hadisə yerində öldüyü müəyyən olunub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.