Dekabrın 23-də İspaniya La Liqasında bu ilin sonuncu “El Klassiko”su keçirilib.
YeniAvropa xəbər verir ki, on yeddinci tur çərçivəsində “Real Madrid” və “Barselona” komandaları “Santyaqo Bernabeu” stadionunda qarşılaşıblar.
Görüş “Barselona”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı 54-cü dəqiqədə Luis Suares açıb - 1:0. Görüşün 63-cü dəqiqəsində isə meydan sahiblərinin müdafiəçisi Daniel Karvahal qapıya gedən topun qarşısını əli ilə kəsdiyi üçün qırmızı vərəqə alıb. Təyin edilən penaltini isə Lionel Messi dəqiq zərbə ilə yerinə yetirərək hesab arasındakı fərqi ikiyə çatdırıb. Oyunda sonuncu topu 92-ci dəqiqədə Aleş Vidal rəqib qapısından keçirib – 3:0.
Bu qələbədən sonra xallarının sayını 45-ə çatdıran “Barselona” turnir cədvəlində liderliyini möhkəmləndirib. Bir oyun az keçirən “Real Madrid” isə 31 xalla dördüncü sırada qərarlaşıb.
.