logo

Maştağada 12 yaşlı oğlan su kanalında boğuldu

22:09 06-07-2021 | icon 4256
Maştağada 12 yaşlı oğlan su kanalında boğuldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində bir nəfərin su kanalında batması barədə məlumat daxil olub.

YeniAvropa FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2009-cu il təvəllüdlü İsmayılzadə Əziz Oqtay oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib..