logo

Hövsanda "Mercedes” yolu keçən piyadanı vurub öldürdü

15:10 05-07-2021 | icon 7707
Hövsanda "Mercedes” yolu keçən piyadanı vurub öldürdü

Suraxanı rayonunun Hövsan qəsəbəsində yolu keçən Nadir Mehdiyev qəsəbə sakini T.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, xəsarətlə xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.