logo

Serbiyada Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyası keçiriləcək

18:01 07-05-2018 | icon 2933
Serbiyada Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyası keçiriləcək

Mayın 9-12-də Serbiyada Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası və 47-ci Baş Assambleyası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil edəcəklər.

Mayın 10-da Çingiz Hüseynzadə təşkilatın İcraiyyə Komitəsinin iclasında iştirak edəcək.

Mayın 11-12-də isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclası və AOK-un 39-cu seminarı keçiriləcək. Tədbirə AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Qunilla Lindberq qatılacaqlar.

Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaq. Həmçinin “Pxençan-2018” və “Tokiko-2020” Yay Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. “Minsk-2019” II Avropa Oyunlarının məruzələri də dinləniləcək.

AOK-un Baş Assambleyası çərçivəsində qış idman növləri üzrə “VII Pyotr Nurovski – Avropanın Ən yaxşı gənc idmançı” mükafatı təqdim olunacaq.

Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizdə keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təqdimatı olacaq. Habelə tədbirdə Avropa Olimpiya Komitəsinin 47-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.