Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
YeniAvropa xəbər verir ki, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayacaqlar.
Yarışın altıncı günündə Azərbaycanın idman şərəfini Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (74 kq), Aleksandr Qostiev (86 kq), Şərif Şərifov (92 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qoruyacaqlar.