“Bavariya” klubu “Yuventus”un hücumçusu Paolo Dibalaya görə 100 miliyon avrodan keçməyə hazırdır.
YeniAvropa xəbər verir ki, Çempionlar Liqasının play-off mərhələsində zəif təsir bağışlayan və son beş oyununda qol vura bilməyən Robert Levandovskinin pis formada olması “Bavariya” rəhbərliyini yeni hücumçu axtarmağa məcbur edib. “Bavariya” klubu tarixində özü üçün rekord bir addım atmağa hazırdır və 24 yaşlı argentinalı Paulo Dibala üçün Turin klubuna 100 milyon avro təklif edib. Almanların transfer rekordu keçən ilin yayda 41,5 milyon avro əldə etdiyi Tolisso olub. Oyunçu ilə “Bavariya”dan başqa, “Real Madrid”, “Barselona” və “Atletiko” da maraqlanır.
Qeyd edək ki, 2015-ci ildə “Yuventus” Dibalanı Palermo klubundan 40 milyon avroya transfer edib.