Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir.
YeniAvropa xəbər verir ki, dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.
Turnirdə 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik ilk görüşündə Türkiyə, ikinci görüşündə ötən ilin Avropa çempionu olan Norveç idmançısını tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib.
Digər güləşçimiz Elis Manolova (65 kq) Çexiya və Macarıstan təmsilçilərinə qalib gələrək yarımfinala adlayıb.