logo

UEFA Çempionlar Liqası: finalda "Real Madrid" "Liverpul" la qarşılaşacaq

09:11 03-05-2018 | icon 2849
UEFA Çempionlar Liqası: finalda "Real Madrid" "Liverpul" la qarşılaşacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci finalçısı İngiltərənin "Liverpul" klubu olub.

YeniAvropa xəbər verir  ki,  “Roma”-nın qonağı olan ingilislər oyunu yaxşı başlayıblar. Doqquzuncu dəqiqədə Sadio Mane hesabı erkən qolla açıb - 0:1. Çox keçməmiş Stefan El Şaravinin cinah ötürməsindən sonra top Milnerin ayağına dəyərək qapıdan keçib - 1:1. Qarşılaşmanın 25-ci dəqiqəsində qonaqlar yenidən hesabda önə keçib. Bu dəfə Vijnaldium fərqlənib - 1:2.

Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra irəli atılan meydan sahibləri oyunun 52-ci dəqiqəsində Dzekonun sayəsində hesabı bərabərləşdirib - 2:2. Matçın 86-ci dəqiqəsində Radja Naiqolan adını tabloya yazdırıb - 3:2. Oyunun son qolunu da R.Naiqolan vurub - 4:2.

Qalan dəqiqələrdə italyanlar çox çalışsalar da hesabı dəyişə bilməyiblər. “Roma”nın bu qələbəsinə baxmayaraq, birinci görüşdə doğma meydanda 5:2 hesabı ilə qələbə qazanan "Liverpul" iki oyunun nəticəsinə əsasən finala çıxıb.