logo

Yeni dərs ilində IX siniflərdə Zəfər tarixi fənninin tədris olunacaq

17:57 27-05-2021 | icon 6587
Yeni dərs ilində IX siniflərdə Zəfər tarixi fənninin tədris olunacaq

Yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərinin 9-cu siniflərində Zəfər tarixi fənninin tədrisinə başlanılacaq. Bunun üçün artıq dərslik hazırlanır.

 YeniAvropa xəbər verir ki, bu barədə “Qalib müəllim” videohekayə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə müsahibəsində təhsil naziri Emin Əmrullayev məlumat verib. deyib.

O bildirib ki, 9-cu siniflərdə tədris olunacaq Zəfər tarixi fənni əvvəllər 8-ci sinifdə tədris olunan Qarabağ tarixi fənnini əvəz edəcək. Zəfər tarixi fənnində şagirdlərə Birinci Qarabağ müharibəsi və zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi haqqında məlumat veriləcək.