logo

Ötənilki abituriyent qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər

14:54 26-05-2021 | icon 8148
Ötənilki abituriyent qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər

Qəbul imtahanının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğuna görə 2020-ci ildə qəbul imtahanının I mərhələsində iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür.

Həmin abituriyent cari ildə ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupu ixtisasları üzrə müsabiqədə iştirak etmək istədiyi halda ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Abituriyent cari ildə keçirilən imtahanda iştirak etmək istədiyi halda isə ərizənin müvafiq bölməsində bu istəyini qeyd edir və tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir.