AMEA VI sinif tarix dərsliyində 56 elmi səhv və qüsur tapdı
AMEA Tarix İnstitutunda 2021/2022-ci tədris ilində ölkənin dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün yeni və təkmilləşdirilmiş dərslik komplektlərinə (dərslik və metodik vəsait) dair ictimai rəyin öyrənilməsi çərçivəsində təqdim olunan dərsliklər üzrə (www.trims.edu.az) müvafiq komissiyalar yaradılıb.
İnstitutdan YeniAvropa-ya bildirilib ki,
VI sinfin Ümumi tarix dərsliyi üzrə (Ağalarov P., Quliyev N., Qasımov E., Hüseynov E. “Ümumi tarix”. VI sinif üçün dərslik) irad və təkliflərin bildirilməsi üçün yaradılmış komissiya (Qədim dövr tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent A.Əlimirzəyev və Orta əsrlər tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent T.Nəcəfli) tərəfindən həmin dərslik üzrə aşağıdakı elmi səhv və qüsurlar müəyyən olunub:
4.Birinci paraqrafda səh. 8-9-da təqdim olunan il hesabı cədvəlini e.ə. I minillikdən yox, e.ə. IV minlikdən başlayıb eramızın I minilliyində qurtarmaq lazımdır. Çünki qədim tarix heç də təqdim olunduğu kimi eramızın II minilliyinə kimi davam etməmişdir.
5.“İbtidai cəmiyyət” adlanan II paraqrafda səh 10, 14-də paleolit, mezolit və neolit anlayışları verilmişdir. Yaxşı olardı ki, həmin anlayışların izahı - yunan sözü olması diqqətə çatdırılsın.
6.“İbtidai cəmiyyət” paraqrafında müəlliflər standartlarda öz əksini tapmış mühüm amili – fənlərarası əlaqəni unutmuşlar. Əgər belə olmasa idi, onlar ən azından sual və tapşırıqlarda Azərbaycanla dünyanın qədim yaşayış yerlərinin müqayisəsini aparmağı şagirdlərə çatdırardılar.
7.Səh.11-12. Homo habelis ilə (bacarıqlı) Homo Sapiens arasında (ağıllı insan) Homo erektus (düz yeriyən insan) mərhələsi yaddan çıxıb.
8.Səh.14. Tayfa təkcə eyni dildə danışan, ümumi adət-ənənəyə malik olan bir neçə qəbilənin birləşməsi deyil, o həm də vahid arxeoloji mədəniyyəti ehtiva edir.
9.“Şumerlər” yox, “Şumerlilər” yazmaq lazımdı.
10.Səh. 17-də təqdim olunan “Dövlətin sxemi”ndə nədənsə dövləti qorumalı olan əsgərlər unudulub.
12.Həmin paraqrafda səh. 21-də təqdim olunan Tutanxamonun maskasının mətnlə heç bir bağlılığı yoxdur. Səhifənin sonunda təqdim olunan illüstrasiyanın isə adı yoxdur.
13.Səh. 22-də mətndə Aşağı Misir, Yuxarı Misir və Vahid Misir hökmdarları və onların tacları barədə heç bir məlumat verilmədiyi halda, onların taclarının təsviri təqdim olunmuşdur.
14.Səh. 23-də verilmiş illüstrasiyanın adı yoxdur.
15.Səh. 23-də Ehramların tikintisini əks etdirən illüstrasiya qoyulsa da, mətndə ümumiyyətlə ehramlar barədə heç bir məlumat verilmir.
16.“Ehramlar ölkəsi” paraqrafında müəlliflər standartlara düzgün riayət etməyiblər. Belə ki, səh. 21-də bir sual və iki tapşırıq verilsə də, digər səhifələrdə nə sual, nə də tapşırıqlar verilməmişdir.
19.“Şumerdən başlayan tarix” adlı 4-cü paraqrafda səh. 30-31-də təsvir olunan xəritədə Assuriya yazılsa da, paytaxt kimi Aşşur qeyd olunub. Əslində hər ikisi Aşşur kimi yazılmalıdır.
20.Səh. 30-da son abzasda uyğunsuzluq var, fikir aydın deyil.
21.“Şumer mədəniyyəti” adlanan 5-ci paraqrafda səh. 36-da gil lövhə üzərində şəkli yazı nümunəsi kimi təqdim olunan illüstrasiya səh. 31-də də olduğu kimi verilib və ad göstərilməyib.
22.Səh.36. Şumer yazısında “ulduz” işarəsi “tanrı” ilə yanaşı “səma” anlamını daşıyırdı. “Cənnət” yox.
23.Səh. 38-də “Lehimləmə” anlayışının verilmiş izahı tamamilə yanlışdır. Görəsən müəlliflər iki metal əşyanı qızdırmaqla necə birləşdirə bilərlər.
24.“İki çayarasının digər dövlətləri” adlanan 5-ci paraqrafda səh. 40-41-də verilmiş xəritə olduğu kimi səh. 30-31-də verilmiş xəritənin təkrarıdır.
25.Səh.40. Babil şəhəri şumercə “Kadingir” yox, “Kadingirra” adlanırdı.
26.Müəlliflər heç bir Şumer şəhər-dövlətlərinin adlarını (məsələn Kiş, Uruk, Ur, Umma, Laqaş, Larsa, İsin və s.) çəkmirlər.
27.Həmin paraqrafda səh. 43-də təqdim olunan illüstrasiyanın adı yoxdur.
28.Səh. 44-də mətndə və xəritənin adında Aşşur dövləti yazılsa da, xəritə üzərində dövlətin adı Assuriya kimi təqdim olunub.
29.Səh. 45-də Nineva şəhəri ilə bağlı verilən tapşırıq düz deyil. Nineva şəhərinin təsviri verildiyi halda, şagirdlərdən yenidən onu təsvir etmək tələb olunur.
30.Müəlliflər bu paraqrafda da standartlara əməl edərək fənlərarası əlaqə ilə bağlı sual və tapşırıqlar verməyə borclu idilər. Lakin buna əməl edilməyib.
31.Səh. 46-47-də Ninevada hökmdar sarayının təsviri verildiyi halda, səh. 48-də yenidən hökmdar sarayının verilməsinə nə ehtiyac vardır.
32.“Midiya. Əhəməni” adlanan paraqrafın adında dövləti ifadəsi yazılmalıdır. Midiya “Mada” kimi qeyd olunsa daha yaxşı olar.
33.Səh.47. Yəhudi peyğəmbərinin ismi “Nahum” yox, “Naum” olub.
34.Səh.49.“Aşşurbanipal” yox, “Aşşurbanapal” yazılmalıdır.
35.Həmin paraqrafda səh. 50-də mətndə Aşşur yenə Assuriya kimi təqdim olunub.
36.Səh.50. E.ə. 672-ci ildə skiflərin və mannalıların hərbi dəstəyi ilə Madada baş verən ümumxalq hərəkatı Aşşur işğalına son qoymadı. Mada tayfa ittifaqının vahid dövlətdə birləşməsi Aşşurbanapalın ölümündən sonra (e.ə. 635) baş verib.
37.Səh.50. Manna və Urartu Mada dövlətinin tərkibinə e.ə. 615-610-cu illərdə qatılmışlar.
38.Səh.57. Əhəməni dövləti 20 yox, 24 satraplığa bölünmüşdür.
39.Səh.57. “İran mixi yazı nümunəsi” adı altında e.ə. VIII əsr Aşşur yazısının təsviri verilib.
40.“Arsak” termini “Ərsak” sözbirləşməsi ilə yanaşı, qədim İran dillərində məcazi mənada “igid”, “qəhraman” mənasında da işlənirdi; mənşəyi arşe “ayı” sözündəndir.
41.Səh. 51-də təqdim olunan xəritənin adı “Midiyanın xəritəsi” yox, Midiya dövləti olmalıdır.
42.“Ərsaklar ölkəsi” kimi təqdim olunan 6-cı paraqrafda səh. 61-də Karra döyüşündə parfiyalıların “Turan taktikası”ndan istifadə etdiyi qeyd olunsa da, bu taktika nəyi nəzərdə tutduğu aydın deyil. Buna görə də mütləq onun izahı verilməli və müvafiq tapşırıq dəyişilməlidir.
43.Səh. 62-də 3-cü abzasda “Roma dövləti ilə mübarizələr” yox, mübarizə yazılmalıdır.
44.Səh. 62-də II Mitridadın “şahlar şahı, şahənşah” titulunu qəbul etmiş ilk hökmdar olması yanlışdır.
45.Səh. 65-də peyk çəkilişi kimi təqdim olunan xəritə üzərindəki mətndə dağlarından ifadəsi “dağlarındandan” kimi verilib, düzəldilməlidir.
46.Səh. 67-də yuxarıda verilmiş iki illüstrasiyanın adı yoxdur.
47.“Tanrının döyüşçüləri” adlanan 8-ci paraqraf həcm etibarı ilə çox böyükdür (14 səhifə). Bu mövzunu şagirdlərin 1 saata mənimsəməsi mümkünsüzdür.
48.Səh. 68-69-da təqdim olunan xəritə “Qədim türklərin xəritəsi” yox, “Qədim türklərin yaşadığı ərazilər” adlanmalıdır.
49.Səh. 72-də verilmiş illüstrasiyanın adı yoxdur.
50.Səh. 75-də “Böyük Hun dövlətinin xəritəsi” verilib. Mətndə dövlətin paytaxtı Ötükən şəhəri kimi qeyd olunsa da, xəritə üzərində nəinki paytaxt, ümumiyyətlə heç bir şəhər qeyd olunmamışdır.
51.Səh. 114-115-də İsgəndərin yürüşlərindən bəhs olunan xəritədə şəhərlərin işarəsi qoyulsa da, adları yazılmamışdır.
52.Səh. 118-də Romada plebeylərin yaşadığı 5 mərtəbəli binanın təsviri verilib. Doğrudanmı plebeylər beşmərtəbəli binada yaşayıblar.
53.Səh. 119-da patrisilərin yaşadığı birmərtəbəli evlərin təsviri verilib. Bu nə dərəcədə doğrudur.
54.Səh. 122-123-də verilmiş illüstrasiyanın adı yoxdur.
55.Səh. 130-131-də təsvir olunan “Qədim Roma xəritəsi”ndə Albaniya və Atropatena asılı ərazilər kimi təqdim olunub. Bu nə dərəcədə doğrudur.
56.Qeyd etmək lazımdır ki, dərslik layihəsində təqdim olunan xəritələrin demək olar ki, hamısında göstəricilər yoxdur. Onların qoyulmasına ehtiyac vardır.
"Təqdim olunan qüsur və səhvlər qeyd edilən dərsliyin vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Beləliklə, ən qısa zamanda yeni tipli tarix dərslikləri hazırlanmasına keçmək lazımdır. Bunun əvəzinə dərsliklər yazdırıb, sonra onlarda qüsur və ya səhvlərin müəyyən edilməsi praktikası sadəcə vaxt itkisidir və heç bir keyfiyyət dəyişikliyi yarada bilməz", - məlumatda qeyd olunub.
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib