logo

Cüdoçularımız Afrika kubokunda 18 medal qazanıblar

13:49 29-04-2018 | icon 3059
Cüdoçularımız Afrika kubokunda 18 medal qazanıblar

Mərakeşdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib. Azərbaycan cüdoçuları turnirdə 7-si qızıl, 7-si gümüş və 4-ü bürünc olmaqla 18 medal qazanıblar.

YeniAvropa Azərbaycan Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, oktyabrda Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Vüsalə Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Mirağa Hacıyev (50 kq), Mətin Rzayev (60 kq), Kamran Novruzov (73 kq), Yaqub İsmayılzadə (90 kq), Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

İdmançılarımızdan Aytac Qardaşxanlı (48 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), Vüqar Talıbov (66 kq), Hacıbala Cəbrayılov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Hüseyn Məmmədov (+90 kq) gümüş medallara layiq görülüblər.

Ülviyyə Bayramova (52 kq), Məsməxanım Quliyeva (70 kq), Zaməddin Poladov və Nəriman Mirzəyev (hər ikisi 60 kq) milli komandamızın aktivinə bürünc medallar yazdırıblar.