Dünya çempionu norveçli şahmatçı Maqnus Karlsen "ShamkirChess 2018"in qalibi olub
Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində doquzuncu turun görüşləri keçirilib.
YeniAvropa xəbər verir ki, yarışın sonuncu – doqquzuncu turunda dünya çempionu Maqnus Karlsen çinli Dinq Liren ilə qarşılaşıb. Partiya heç-heçə ilə yekunlaşıb.
Hesabındakı xalların sayını 6-ya çatdıran Maqnus Karlsen üçüncü dəfə Vüqar Həşimov Memorialının qalibi olub.