Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində VIII turun görüşləri keçirilib.
YeniAvropa xəbər verir ki, Şəhriyar Məmmədyarov ağ fiqurlarla yarışın çexiyalı autsayderi David Navaraya qalib gəlib. Digər qarşılaşmalarda aşağıdakı nəticələr alınıb:
Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Veselin Topalov (Bolqarıstan) - Radoslav Voytaşek (Polşa) - 0:1
Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Dinq Liren (Çin) - Rauf Məmmədov (Azərbaycan) - 1:0
Beləliklə, son tur öncəsi xallarını 5,5-ə çatdıran Maqnus Karlsen liderliyini davam etdirib. Dinq Liren 5 xalla 2-ci pillədə qərarlaşıb. Aniş Giri, Veselin Topalov, Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Teymur Rəcəbov və Sergey Karyakin hərəyə 4 xalla 3 - 8-ci yerləri bölüşür. Rauf Məmmədov 3,5 xalla 9-cu, David Navara isə 2 xalla sonuncudur. "Shamkir Chess 2018"ə aprelin 28-də yekun vurulacaq.