logo

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışının təntənəli açılışı olub

19:37 27-04-2018 | icon 2835
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışının təntənəli açılışı olub

Aprelin 27-də Milli Gimnastika Arenasında Bakıda keçirilən bədii gimnastika üzrə altıncı Dünya Kuboku yarışının təntənəli açılış mərasimi olub.

YeniAvropa xəbər verir  ki, açılış mərasimində çıxış edən prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu diqqətə çatdıraraq, idmançılara uğurlar arzulayıb.

“Son illər qızların sevimli idman növünə çevrilmiş bədii gimnastikaya maraq gündən günə artmaqda davam edir. Azərbaycanda artıq formalaşmış gimnastika məktəbi var. Bunun nəticəsidir ki, gimnastlarımız artıq beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, yaxşı nəticələr göstərirlər”, - deyə Yusuf Məmmədəliyev qeyd edib.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə idmana göstərdikləri yüksək diqqət və qayğıdan danışan Yusuf Məmmədəliyev bədii gimnastika üzrə Dünya Kuboku yarışının təşkilinin Azərbaycanda gimnastikanın inkişafına töhfə verəcəyini qeyd edib. Mötəbər turnirdə 25 ölkənin təmsil olunduğunu vurğulayan şöbə müdiri iştirakçılara uğurla arzulayıb, yarışı açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.