UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.
YeniAvropa UEFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Liverpul”un hücumçusu Məhəmməd Salah ən yaxşı oyunçu seçilib. Misirli futbolçu “Real Madrid” klubunun müdafiəçisi Marselonu qabaqlayıb.
“Liverpul”un “Roma”ya 5:2 hesabı ilə qalib gəldiyi görüşdə M.Salah iki qol vurub və iki məhsuldar ötürmə verib.