logo

Bakıda zəncirvari qəza: 7 avtomobilə ciddi ziyan dəydi

22:08 10-05-2021 | icon 6013
Bakıda zəncirvari qəza: 7 avtomobilə ciddi ziyan dəydi

Paytaxtın Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə Füzuli küçəsində qeydə alınıb.

Qəzada 7 avtomobilə ciddi ziyan dəyib.

İlkin məlumata görə, "Mercedes” markalı minik avtomobilinin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Lexus” və "Toyota” markalı avtomobillərə çırpılıb.

Zərbənin gücündən "Mercedes” daha sonra yol kənarında hərəkətsiz dayanmış 2 "Hyundai” markalı, eyni zamanda "Ford” və "Mitsubishi” markalı minik avtomobillərinə çırpılıb. Hadisə zamanı "Lexus”da olan 1 nəfər xəsarət alıb.

Dərhal əraziyə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib. Hadisənin başvermə səbəbləri araşdırılır.