logo

İsraildə cüdo üzrə Avropa çempionatı start götürüb

13:05 27-04-2018 | icon 3122
İsraildə cüdo üzrə Avropa çempionatı start götürüb

İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə Avropa çempionatına start verilib.

YeniAvropa xəbər verir  ki, yarışın ilk günü cüdoçularımızdan ən yaxşı nəticəni 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. Xorvatiya, İsrail, Portuqaliya təmsilçilərinə qalib gələn O.Səfərov yarımfinalda Sloveniya, 3-cü yer uğrunda görüşdə isə Belarus cüdoçusuna uduzaraq 5-ci yeri tutub. Bu çəkidə yarışan digər idmançımız Nicat Şıxəlizadə isə qitə çempionatında 7-ci yerdə qərarlaşıb.

Yarışın ilk günündə mübarizə aparan qadın cüdoçularımız isə ilkin mərhələdə rəqiblərinə məğlub olublar.

Digər çəki dərəcələrində yarışan idmançılarımız görüşlərini aprelin 27-si və 28-də keçirəcəklər.