Norveçli dünya çempionu Maqnus Karlsen “Shamkir Chess-2018”də liderliyi ələ keçirib
Ötən gün Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində yeddinci turun görüşləri keçirilib.
YeniAvropa xəbər verir ki, bu turda norveçli Maqnus Karlsen Bolqarıstan təmsilçisi Veselin Topalova, çinli Dinq Liren isə Çexiya şahmatçısı David Navaraya qalib gəlib.
Turun digər partiyalarında Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla, Rauf Məmmədov hollandiyalı Aniş Giri ilə, polşalı zəka sahibi Radoslav Voytaşek isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib.
Bu nəticələrdən sonra hesabında 4,5 xal olan M.Karlsen birinci pilləyə yüksəlib. V.Topalov, L.Dinq və A.Giri 4 xalla 2-4-cü pillələri bölüşürlər. T.Rəcəbov, R.Məmmədov, S.Karyakin 3,5 xalla 5-7-ci, Ş.Məmmədyarov və R.Voytaşek 3 xalla 8-9-cu pillələrdə qərarlaşıblar. D.Navara isə 2 xalla sonuncudur.