logo

Paytaxtda maşın 6 yaşlı uşağı vurub qaçdı

10:50 09-05-2021 | icon 5425
Paytaxtda maşın 6 yaşlı uşağı vurub qaçdı

Paytaxtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2015-ci il təvəllüdlü Məmmədov Lətif Əsgər oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, azyaşlını vuran sürücü hadisə yerindən yayınıb.

Polis onun kimliyini araşdırır.