logo

"ShamkirChess 2018": turnirin lideri Topalov dünya çempionuna qarşı 

12:27 26-04-2018 | icon 2772
"ShamkirChess 2018": turnirin lideri Topalov dünya çempionuna qarşı 

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün yeddinci turun görüşlərndən sonra turnirin liderinin dəyişəcəyi gözlənilir.

YeniAvropa xəbər verir  ki, bu turda 4 xalla turnir cədvəlinə başçılıq edən bolqar şahmatçısı  Veselin Topalov ondan yarım xal geri qalan norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Turun digər qarşılaşmaları:

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Teymur Rəcəbov (Azərbaycan)

David Navara (Çexiya) - Dinq Liren (Çin)

Rauf Məmmədov (Azərbaycan) - Aniş Giri (Hollandiya)

Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya)

Qeyd edək ki, ilk 6 turdan sonra Veselin Topalov 4 xalla vahid liderdir. Aniş Giri və Maqnus Karlsen 3,5 xalla 2-3-cü yerləri bölüşdürürlər. Teymur Rəcəbov, Rauf Məmmədov, Dinq Liren və Sergey Karyakin hərəyə 3 xalla 4 - 7-ci pillələrdə qərarlaşıblar. Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek 2,5 xalla 8-9-cu, David Navara isə 2 xalla sonuncu sırada yer alıb.