Ukraynanın dövlət büdcəsi Çempionlar Liqasının final oyunundan təxminən 1 milyard qriven (38,5 milyon dollar) qazanacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko məlumat verir. Onun sözlərinə görə, Ukrayna hökuməti isə Çempionlar Liqasının final oyunu üçün büdcədən 25 milyon qriven (1 milyon dollara yaxın) ayırıb.
Pavelko qeyd edib ki, Ukrayna UEFA qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib.
Xatırladaq ki, Çempionlar Liqasının final oyunu mayın 26-da Kiyevin “Olimpiya” stadionunda keçiriləcək.