Aprelin 25-də Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində altıncı turun görüşləri keçirilib. YeniAvropa xəbər verir ki, bu turda Azərbaycan şahmatçısı Rauf Məmmədov turnir cədvəlinin lideri bolqarıstanlı Veselin Topalovla üz-üzə gəlib. Qarşılaşma 52-ci gedişdən sonra heç-heçə başa çatıb. - 0.5:0.5.
Turun digər görüşləri belə nəticələnib:
Teymur Rəcəbov (Azərbaycan) - Radoslav Voytaşek (Polşa) - 0.5:0.5
Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) - 0.5:0.5
Aniş Giri (Hollandiya) - David Navara (Çexiya) - 1:0
Dinq Liren (Çin) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0.5:0.5
Qeyd edək ki, bu nəticələrdən sonra Veselin Topalov 4 xalla vahid liderdir. Aniş Giri və Maqnus Karlsen 3.5 xalla 2-3-cü yerləri bölüşdürür. Teymur Rəcəbov, Rauf Məmmədov, Dinq Liren və Sergey Karyakin 4-7-ci pillələrdə qərarlaşıb. Şəhriyar Məmmədyarov və Radoslav Voytaşek 2.5 xalla 8-9-cu, David Navara isə 2 xalla sonuncu pillə qərarlaşıb.