Aprelin 23-də Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində beşinci turun görüşləri keçirilib.
YeniAvropa xəbər verir ki,bu turda norveçli dünya çempionu Maqnus Karlsen Polşa təmsilçisi Radoslav Voytaşekə, Bolqarıstan şahmatçısı Veselin Topalov isə çexiyalı David Navaraya qalib gəlib.
Turun digər partiyalarında Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri ilə, Teymur Rəcəbov Çin idmançısı Dinq Lirenlə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib.Hesabında 3,5 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen 3 xalla ikinci yerdə qərarlaşıb. T.Rəcəbov, R.Məmmədov, A.Giri, D.Liren, S.Karyakin 2,5 xalla 3-7-ci, Ş.Məmmədyarov, D.Navara və R.Voytaşek isə 2 xalla 8-10-cu pilləni bölüşürlər.