logo

Ölkədə II mərhələdə peyvənd  olunanların sayı 430 min nəfərə çatır

18:08 14-04-2021 | icon 1771
Ölkədə II mərhələdə peyvənd  olunanların sayı 430 min nəfərə çatır

Aprelin 14-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 31 min 28 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26 min 347, ikinci mərhələ üzrə peyvənd vurulanların sayı 4681 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 243 min 191-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 813 min 413, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 429 min 778 nəfərdir.