Aprelin 22-də Şəmkirdə mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində dördüncü turun görüşləri keçirilib.
YeniAvropa xəbər verir ki, bu turda Teymur Rəcəbov Norveç təmsilçisi Maqnus Karlsenlə, Rauf Məmmədov polşalı Radoslav Voytaşeklə, hollandiyalı Aniş Giri Çin şahmatçısı Dinq Lirenlə, Rusiya idmançısı Sergey Karyakin isə çexiyalı David Navara ilə heç-heçə edib.
Digər şahmatçımız Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalova uduzub.
Beləliklə, hesabında 2,5 xal olan V.Topalov birinci pilləyə yüksəlib. M.Karlsen, T.Rəcəbov, R.Məmmədov, A.Giri, D.Liren, S.Karyakin və D.Navara, R.Voytaşek 2 xalla 2-9-cu pilləni bölüşürlər. Ş.Məmmədyarov isə 1,5 xalla sonuncu – onuncudur.