Turun digər qarşılaşmaları:
Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Radoslav Voytaşek (Polşa) - Rauf Məmmədov (Azərbaycan)
Sergey Karyakin (Rusiya) - David Navara (Çexiya)
Aniş Giri (Hollandiya) - Dinq Liren (Çin)
Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlində lider yoxdur. Belə ki, indiyədək keçirilən bütün görüşlərdə heç-heçə qeydə alınıb və 10 iştirakçının hər biri 1,5 xala malik olub.
Xatırladaq ki,ilk turda Şəhriyar Məmmədyarov, dünən isə digər Azərbaycan şahmatçısı Rauf Məmmədov dünya çempionu Maqnus Karlsenlə heç-heçə ediblər.