logo

Yeniyetmə cüdoçularımız Tunisdə 15 medal qazanıblar

15:31 22-04-2018 | icon 3171
Yeniyetmə cüdoçularımız Tunisdə 15 medal qazanıblar

Tunisdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib. Yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.

YeniAvropa Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 5 qızıl, 6 gümüş və 4 bürünc medal qazanıblar. Vüsalə Kərimova (44 kq), Aytac Qardaşxanlı (48 kq), Mirağa Hacıyev (50 kq), Vüqar Talıbov (66 kq), Yaqub İsmayılzadə (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Səbinə Əliyeva (48 kq), Ülviyyə Bayramova (52 kq), Südabə Ağayeva (63 kq), Nicat Məmmədli (50 kq), İbrahim Ağakişiyev (81 kq), Toğrul Salmanov (+90 kq) gümüş, Fəridə Səfərova (52 kq), Zaməddin Poladov, Nəriman Mirzəyev ( hər ikisi 60 kq) və Hacıbala Cəbrayılov (73 kq) bürünc medal qazanıblar.