logo

"ShamkirChess 2018": Teymur Rəcəbov dünya çempionuna qarşı

13:51 22-04-2018 | icon 2982
"ShamkirChess 2018": Teymur Rəcəbov dünya çempionuna qarşı

Bu gün Şəmkirdə mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2018" superturnirində dördüncü turun oyunları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, Teymur Rəcəbov  bu tuda norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. 

Turun digər qarşılaşmaları:

Veselin Topalov (Bolqarıstan) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Radoslav Voytaşek (Polşa) - Rauf Məmmədov (Azərbaycan)

Sergey Karyakin (Rusiya) - David Navara (Çexiya)

Aniş Giri (Hollandiya) - Dinq Liren (Çin)

 

Bütün görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 3 turdan sonra turnir cədvəlində lider yoxdur. Belə ki, indiyədək keçirilən bütün görüşlərdə heç-heçə qeydə alınıb və 10 iştirakçının hər biri 1,5 xala malikdir. 

Xatırladaq ki,ilk turda  Şəhriyar Məmmədyarov, dünən isə digər Azərbaycan şahmatçısı Rauf Məmmədov dünya çempionu Maqnus Karlsenlə heç-heçə ediblər.