logo

“Shamkir Chess 2018”: Şəhriyar Məmmədyarov Radoslav Voytaşeklə heç-heçə etdi

22:37 20-04-2018 | icon 3717
“Shamkir Chess 2018”: Şəhriyar Məmmədyarov Radoslav Voytaşeklə heç-heçə etdi

Aprelin 20-də mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2018” super turnirinin ikinci turuna yekun vurulub.

YeniAvropa xəbər verir  ki, bu turda Şəhriyar Məmmədyarov polşalı Radoslav Voytaşek ilə görüşdə sülh bağlayıb. Ümumiyyətlə, ikinci turun bütün oyunlarında heç-heçə qeydə alınıb. 

Dünya çempionu Maqnus Karlsen ilə David Navaranın partiyasında ilk gedişi Vüqar Həşimovun bacısı oğlu Xanlar Allahverdiyev edib.

Teymur Rəcəbov Rauf Məmmədov ilə görüşdə yarım xalla kifayətlənib. Rusiyalı Sergey Karyakin Çin idmançısı Dinq Liren, Bolqarıstan şahmatçısı Veselin Topalov isə hollandiyalı Aniş Giri ilə xalları yarı bölüblər.

Hazırda bütün şahmatçıların hesabında 1 xal var.

Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət keçirilir.