Slovakiyada keçirilən Avropa çempionatında Azərbaycan şahmatçısı Günay Məmmədzadə ümumi hesabda 10-cu yeri tutaraq, 2019-cu il dünya çempionatında iştirak hüququ qazanıb.
YeniAvropa xəbər verir ki, Günay Məmmədzadə Avropa çempionatının 14 iştirakçısı siyahısına daxil ola bilib və dünya çempionatına lisenziya alanların siyahısında 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı, həmçinin Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Türkan Məmmədyarova, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova təmsil ediblər . Onlardan heç biri dünya çempionatına vəsiqə qazana bilməyiblər.