Aprelin 19-da Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2018” superturnirinin birinci turuna yekun vurulub.
YeniAvropa xəbər verir ki, turun bütün partiyalarında heç-heçə qeydə alınıb.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra “sülh”lə yekunlaşıb. Digər şahmatçılarımız Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə Çexiya təmsilçisi David Navara ilə xalları yarı bölüblər.
Turun digər oyunlarında Hollandiya şahmatçısı Aniş Giri rusiyalı Sergey Karyakin, çinli Dinq Liren isə polşalı Radoslav Voytaşek ilə heç-heçə ediblər.
Qeyd edək ki, turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.