logo

Paytaxt sakininin mənzildə meyiti aşkarlandı

18:10 27-02-2021 | icon 1526
Paytaxt sakininin mənzildə meyiti aşkarlandı

Bakıda mənzildə meyit aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirilib. 

Qeyd edilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1967-ci il təvəllüdlü Kərimov İlham Balakişi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.