logo

Sabah Bakıda 7° isti olacaq

14:55 25-02-2021 | icon 1316
Sabah Bakıda 7° isti olacaq

Azərbaycanda fevralın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0°-yə yaxın, bəzi yerlərdə 1°-dək şaxta, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 4-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 769 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Fevralın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-11° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 12-16°, gündüz 0-5° şaxta olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.