“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov İtaliyanın paytaxtı Romaya yollanıb.
YeniAvropa.Az xəbər verir ki, bu barədə Report-a Ağdam təmsilçisinin kapitanının özü məlumat verib.
O bildirib ki, UEFA PRO kateqoriyalı məşqçilik kursunun növbəti mərhələsi çərçivəsində “Roma” klubunun düşərgəsində olacaq. Sadıqov 12-15 dekabrda Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş paytaxt təmsilçisinin məşqlərini izləyəcək. Dekabrın 16-da isə "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi "Roma"nın "Kalyari" ilə keçirəcəyi İtaliya A Seriyasının XVII tur matçını izləyəcək.
Qeyd edək ki, Rəşad Sadıqovun tezliklə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi təyin olunacağı gözlənilir.
E.Ə.