“Real” və “Bavariya” yarımfinalda
Aprelin 11-də futbol üzrə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə yekun vurulub və sonuncu iki yarımfinalçı da müəyyənləşib. Madridin “Real” və Münxenin “Bavariya” klubları yarımfinala vəsiqəni təmin ediblər.
YeniAvropa xəbər verir ki, günün ən maraqlı qarşılaşması “Real” klubu ilə Turinin “Yuventus” komandası arasında oynanılıb. “Santyaqo Bernabeu” stadionunda keçirilən görüşdə italiyalılar ev qarşılaşmasında 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün inamlı oyun nümayiş etdiriblər. Matçda hesabı 2-ci dəqiqədə “Yuventus”un heyətində Mario Mandzukiç açıb. Xorvatiyalı hücumçu 37-ci dəqiqədə özünün və komandasının ikinci qolunu madridlilərin qapısından keçirib. Görüşün 61-ci dəqiqəsində Blaisi Matuidi “Real”ı üçüncü dəfə topu oyuna mərkəzdən başlamağa məcbur edib.
Bu qoldan sonra oyunda təzyiqi artıran Madrid təmsilçisi “Yuventus”un qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradıb. “Real” öz istəyinə matçın əsas vaxtına əlavə edilmiş hissənin son dəqiqəsində çatıb. Hakim “Yuventus”un müdafiəçisi Medhi Benatianın “Real”ın yarımmüdafiəçisi Lukas Vaskesin qarşısını kobudluqla almasına görə qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Kriştiano Ronaldo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək “Real”ın yarımfinala yüksəlməsini təmin edib. Beləliklə, “Real” doğma meydanda 1:3 hesabı ilə məğlub olsa da, təmiz səfər qələbəsi (3:0) sayəsində yarımfinala vəsiqə qazanıb.
Günün digər qarşılaşmasında isə Almaniyanın “Bavariya” və İspaniyanın “Sevilya” komandaları üz-üzə gəliblər. Münxenlilər “Sevilya”da keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəldiklərindən yarımfinala yüksəlmək üçün heç-heçə də qane edirdi. “Bavariya” doğma meydanda “Alyanz Arena”da qolsuz heç-heçəyə nail olmaqla bu vəzifənin öhdəsindən asanlıqla gəlib və yarımfinala yüksəlib.
Xatırladaq ki, ötən gün “Barselona”nı mübarizədən kənarlaşdıran “Roma” ilə və “Mançester Siti”ni hər iki oyunda məğlub edən “Liverpul” komandaları yarımfinala ilk vəsiqələri təmin etmişdilər.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkü aprelin 13-də atılacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb