logo

Azərbaycanda ötən il 3,5 tondan çox qızıl filizi istehsal edilib

11:55 27-01-2021 | icon 2072
Azərbaycanda ötən il 3,5 tondan çox qızıl filizi istehsal edilib

2020-ci ildə ölkənin mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 3571,5 kiloqramı qızılın payına düşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, bu göstərici 2019-cu illə müqayisədə 3,8 faiz azdır.

Cari il yanvarın 1-nə olan vəziyyətə əsasən, 115,2 kiloqram hazır qızıl ehtiyatı var.