Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində növbəti cavab oyunları keçiriləcək.
YeniAvropa xəbər verir ki, İspaniyanın “Real” (Madrid) klubu doğma meydanda İtaliyanın “Yuventus” kollektivini qəbul edəcək. Bu komandalar arasında ötən həftə Turində oynanılan ilk görüş 3:0 hesabı ilə “Kral klubu”nun xeyrinə başa çatıb.
Digər oyunda isə İspaniyanın digər təmsilçisi “Sevilya” səfərdə “Bavariya”nın qonağı olacaq. İlk görüş Münxen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.