logo

Azərbaycanda  daha 287 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

15:25 24-01-2021 | icon 2156
Azərbaycanda  daha 287 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 568 nəfər müalicə olunaraq sağalıb, 287 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 975 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 220 min 292 nəfər müalicə olunaraq sağalıb, 3082 nəfər vəfat edib. Aktiv xəstə sayı 5601 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 361 min 552 test aparılıb. Bugünkü test sayı isə 7079-dur.